ABŞ-da hamiləliyin kəsilməsinə dair ümumi icazə ləğv edilib. ABŞ Ali Məhkəməsi amerikalı qadınların heç bir əlavə şərt olmadan abort etdirməsinə icazə verən qaydanı ləğv edib.
Bu barədə məhkəmənin rəsmi saytında dərc olunan qərarda deyilir .
Bu gün ABŞ Ali Məhkəməsinin hakimləri Konstitusiyanın qadınlara abort hüququnun verilməməsi barədə qərar qəbul ediblər. Buna görə də 1973-cü il qərarı ləğv edilib:
"Abortu tənzimləmək səlahiyyəti xalqa və onların seçilmiş nümayəndələrinə qaytarılır", - Ali Məhkəmənin bəyanatında deyilir.
Məhkəmə aydınlaşdırıb ki, bundan sonra hər bir dövlət qeyd-şərtsiz abort hüququnun qanuni olub-olmadığını özü müəyyən edə və ya bu tibbi prosedura əlavə məhdudiyyətlər qoya bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.