Ukrayna 2030-cu ilə qədər Aİ-yə daxil ola bilər.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Aİ-nin Kiyevdəki səfiri Katarina Maternova deyib.
O, Brüssel tərəfindən nəzərdə tutulan islahatların tamamlanmasını: qanunvericilik, o cümlədən milli azlıqların hüquqlarının müdafiəsi və məhkəmə sahəsində, habelə korrupsiyaya qarşı uğurlu mübarizəni Ukraynanın Aİ-yə daxil olmasının şərti adlandırıb.
“İnanıram ki, Ukrayna 2022-ci ilin iyununda Avropa Komissiyasının tövsiyəsində müəyyən etdiyi yeddi addım üzərində işi başa çatdıracaq. Düşünürəm ki, çox çalışsanız, 2030-cu il real son tarixdir”, - deyə səfir bildirib.
Maternovanın sözlərinə görə, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar bu ilin dekabrında başlaya bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.