AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail ordusu HƏMAS kəşfiyyatının rəhbərinin iqamətgahına zərbə endirib

  • + A
  • - A
  • 8-10-2023, 10:34

    İsrail ordusu HƏMAS kəşfiyyatının rəhbərinin iqamətgahına zərbə endirib

    İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, HƏMAS hərəkatının kəşfiyyat rəhbərinə məxsus bir kompleksə zərbə endirib. Bu barədə RİA Novosti məlumat yayıb.

    Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Qəzza zolağında ondan çox hədəfin, o cümlədən HƏMAS kəşfiyyat mərkəzinin və hərəkatla əlaqəli iki bankın məhv edildiyini açıqlamışdı.

    Oktyabrın 7-də İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti bildirib ki, Qəzza zolağından olan terrorçular anklavdan iri raket hücumundan sonra İsrailin sərhəd bölgələrinə daxil olublar.

    HƏMAS silahlıları İsraillə həmsərhəd şəhərlərə, eləcə də Təl-Əvivin bəzi hissələrinə raket zərbələri endirib. İsrailin müdafiə naziri Yoav Qalant Fələstinin radikal islamçı hərəkatının ölkəsinə müharibə elan etdiyini bildirib. Bunun fonunda Müdafiə Nazirliyinin rəhbəri ölkədə ehtiyatda olan hərbçilərin kütləvi toplanışını elan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR