Fransa prezidenti Emmanuel Makron Qazaxıstana rəsmi səfər edib.
Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Qonağı paytaxtın hava limanında Baş nazir Əlixan Smailov qarşılayıb.
Xatırladaq ki, iki ölkənin liderləri Kasım-Jomart Tokayev və Emmanuel Makron ticarət-iqtisadi, investisiya və enerji əməkdaşlığının gücləndirilməsinə dair danışıqlar aparacaq, beynəlxalq və regional gündəlikdəki məsələləri müzakirə edəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.