AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatlar Türkiyəyə gedir - SƏBƏB

  • + A
  • - A
  • 12-05-2025, 11:00

    Deputatlar Türkiyəyə gedir - SƏBƏB

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və deputat Səbinə Salmanova Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Sosial və humanitar siyasət komitəsinin iclasında iştirak etmək üçün mayın 13-də Türkiyə Respublikasının Sinop şəhərinə səfər edəcəklər.

    Musa Quliyevin sədri olduğu qurumun Sosial və humanitar siyasət komitəsində “QDİƏT regionunda məhdud imkanlı şəxslərin təhsil və məşğulluq səviyyəsinin yüksəldilməsi üzrə mövcud təcrübə və strategiya” mövzusunda məruzə və tövsiyə layihələri müzakirə olunacaq, təşkilatı məsələyə baxılacaq, müvafiq qərarlar qəbul ediləcək.

    Qeyd edək ki, səfər mayın 16-da başa çatacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR