AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

  • + A
  • - A
  • 13-06-2025, 18:36

    Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

    Heydər Əliyev Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 15 İyun – Milli Qurtuluş Günündə konsert proqramı təqdim ediləcək.

    Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək tədbirə giriş sərbəst olacaq.

    Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının 32-ci ildönümü münasibətilə keçirilən konsertdə populyar müğənnilər və kollektivlər çıxış edəcək. Azərbaycanın tanınmış estrada ulduzlarının, sevilən muğam, aşıq və milli mahnılarımızın ifaçılarının iştirak edəcəyi konsert “Natiq” ritm qrupunun ifasında “Qarabağ ritmləri” ilə başlayacaq.

    Daha sonra Alim Qasımov, Dilarə Kazımova, EMİN, Faiq Ağayev, Fərqanə Qasımova, İlhamə Qasımova, İradə İbrahimova, Lalə Məmmədova, Manana, Nigar Camal və Eldar, Röya, Sevda Ələkbərzadə, Səbinə Babayeva, Tünzalə Ağayeva və digər tanınmış incəsənət ustaları çıxış edəcək.

    Eləcə də Heydər Əliyev Mərkəzinin binası bayram münasibətilə Azərbaycan bayrağı ilə işıqlandırılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR