AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentin çıxışı zamanı “Qarabağın fatehi” səsləri ucaldı - Video

  • + A
  • - A
  • 19-06-2025, 18:03

    Prezidentin çıxışı zamanı “Qarabağın fatehi” səsləri ucaldı - Video


    Prezident İlham Əliyevin Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan Məhəlləsi”nin açılış mərasimində çıxışı zamanı maraqlı anlar yaşanıb.

    Ölkə başçısı sözügedən mərasimdə çıxışı zamanı Azərbaycanın hər zaman Türkiyənin yanında, Türkiyənin də daim Azərbaycanın yanında olduğunu xatırladıb və sözlərinə belə davam edib: “Bu gün “Azərbaycan Məhəlləsi”nin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizi, dostluğumuzu təzahür edir”.

    Azərbaycan Prezidentinin bu çıxışından sonra vətəndaşlar İlham Əliyevin ünvanına “Qarabağın fatehi” ifadəsini səsləndiriblər.

    Dövlət başçısı bunu xoş təbəssümlə qarşılayıb, tədbir iştirakçıları isə alqışlayıb.

    Sözügedən görüntüləri təqdim edirik:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR