AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp: Gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilər

  • + A
  • - A
  • 5-07-2025, 08:36

    Tramp: Gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilər

    ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəs razılaşmasının gələn həftə əldə olunacağını gözləyir.

    Bunu Amerika lideri Ağ Evin mətbuat xidmətinin əməkdaşları ilə görüşündə deyib.

    "Gələn həftə Qəzza ilə bağlı razılaşma ola bilər", - Tramp söyləyib.

    ABŞ Prezidenti HƏMAS hərəkatının Qəzza ilə bağlı son təklifə müsbət cavab verməsini alqışlayıb.

    İyulun 2-də "Maan" xəbər agentliyi bildirib ki, Qəzza ilə bağlı yeni təklif 60 günlük atəşkəs, 10 girovun azad edilməsi, 18 ölü girovun cəsədlərinin İsrail tərəfinə təhvil verilməsi və İsrail ordusu birliklərinin Yufanı və Yufa şəhərləri arasında mühasirəyə alınmış cənubundakı “Moraq” xəttindən çıxarılmasını tələb edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR