AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sumqayıtda 22 min abonentin qaz təchizatı dayandırılacaq

  • + A
  • - A
  • 24-07-2025, 17:02

    Sumqayıtda 22 min abonentin qaz təchizatı dayandırılacaq

    “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismar İdarəsi xidmət ərazilərində əsaslı təmir və payız-qış mövsümünə hazırlıqla bağlı tədbirləri davam etdirir.

    Təsdiq olunmuş əsaslı təmir və kapital qoyuluşu proqramlarına uyğun olaraq, 25 iyul tarixində saat 10:00-dan etibarən Sumqayıt şəhərinin 16-cı mikrorayon, Corat qəsəbəsi, Corat və Novxanı bağları, eləcə də 52-ci məhəllə ərazilərində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

    Qazın verilişində yaranacaq fasilə həmin ünvanlarda yeni siyirtmələrin quraşdırılması və balans qovşaqlarında aparılan əsaslı təmir işləri ilə əlaqədardır. Bununla əlaqədar ümumilikdə 22 minə yaxın abonentin qaz təchizatında müvəqqəti kəsinti olacaq.

    “Azəriqaz” İB vətəndaşlardan anlayış göstərmələrini xahiş edir və bildirir ki, işlər başa çatdıqdan dərhal sonra qaz təchizatı bərpa olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR