“Biz beynəlxalq təzyiq kampaniyası ilə üzləşmişik. Bu, tamamilə antisemitik bir davranışdır. Hazırda mövcud olan Fələstin əslində HAMAS dövlətidir. Belə olmamalıdır”.
Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar keçirdiyi mətbuat konfransında deyib.
O, HAMAS-la aparılan danışıqların bir neçə dəfə nəticəsiz başa çatdığını da xatırladıb.
İsrailli nazir ölkəsinə qarşı aparılan əks-təbliğat kampaniyasına da toxunub: “Bəzi hallarda bu istiqamətdə göstərilən səylər əks nəticə verir. HAMAS-a gəlincə, hazırda onlar atəşkəs barədə təklifləri qəbul etmir. Hazırda Qəzzada humanitar vəziyyət son dərəcə mürəkkəbdir. Bu səbəbdən də Avropa ölkələrindən regiondakı böhrana müdaxilə etməsini istəyirik. Bildiyiniz kimi, BMT bir qədər əvvəl bölgəyə humanitar yardımları dayandırıb. İsrail dövləti Qəzza sakinlərinin gündəlik ehtiyaclarının təmin olunması üçün səylər göstərməkdə davam edir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.