AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni təyin olunan səfir bu deputatın qohumudur

  • + A
  • - A
  • Bu gün, 12:59

    Yeni təyin olunan səfir bu deputatın qohumudur

    Slovakiyanın Azərbaycana təyin etdiyi yeni səfir artıq ölkəmizdə fəaliyyətə başlayıb.

    Yeni təyin olunan səfir Elçin Qasımovun etimadnaməsini ötən gün Prezident İlham Əliyevə təqdim edib.

    Qeyd edək ki, Slovakiyanın yeni səfiri əslən Kəlbəcər rayonunun Başlıbel kəndindəndir.

    Diplomatik fəaliyyətə başlamazdan əvvəl Slovakiya Respublikasının Parlamentinin sədrinin müşaviri vəzifəsində çalışıb. "Unikal" bildirir ki, yeni səfir Milli Məclisin deputatı Mircəlil Qasımlının əmisi oğludur.

    O, bir müddət Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini tutub. E.Qasımovun atası professor Cəlal Qasımov Azərbaycanın Slovakiyadakı fəxri konsuludur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR