AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ombudsman: Ağdamda işgəncəyə məruz qalmış azyaşlıların vəziyyəti nəzarətdə saxlanılır

  • + A
  • - A
  • Bu gün, 18:05

    Ombudsman: Ağdamda işgəncəyə məruz qalmış azyaşlıların vəziyyəti nəzarətdə saxlanılır

    Ağdamda şiddətə məruz qalmış azyaşlıların vəziyyəti nəzarətdə saxlanılır, onların hüquqlarının müdafiəsi Ombudsmanın diqqət mərkəzindədir. 

    Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

    Bildirilib ki, Ağdam rayonunda atası tərəfindən döyüldüyü iddia edilən 2 azyaşlı uşağın xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayımlandığı andan etibarən məsələ Ombudsman Aparatı tərəfindən araşdırılır, uşaqların vəziyyəti nəzarətdə saxlanılır.

    Vurğulanıb ki, hazırda 2023-cü il təvəllüdlü uşaq Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkim nəzarəti altındadır. 2024-cü il təvəllüdlü uşağın isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına əməliyyat olunduğu və hazırda vəziyyətinin ağır olduğu müəyyən edilib.

    Məsələ ilə bağlı Ombudsman Aparatı tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyətinə sorğular göndərilib.

    Uşaqların hüquqlarının qorunması, zorakılıqdan müdafiəsi və valideynlərin əməllərinə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi məsələsi Ombudsman tərəfindən nəzarətdə saxlanılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR