AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bacı-qardaşın öldüyü yol qəzası ilə bağlı cinayət işi açıldı

  • + A
  • - A
  • Bu gün, 10:37

    Bacı-qardaşın öldüyü yol qəzası ilə bağlı cinayət işi açıldı


    Lənkəran rayonunda məktəbli bacı-qardaşın öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

    Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü ( yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

    Qeyd edək ki, ötən gün Quluzadə Vurğun Asif oğlu Lənkəran-Lerik magistral avtomobil yolunun Lənkəran rayonu Şovu kəndi ərazisindən keçən hissəsində idarə etdiyi 10-SV-620 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz C230" markalı avtomobillə yol kənarında hərəkətdə olan piyadalar - 2017-ci il təvəllüdlü Əlizadə Günay Şamid qızı və 2014-cü il təvəllüdlü Əlizadə Ramid Şamid oğlunu vurub. Sonuncular xəstəxanaya aparılarkən yolda ölüblər.(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR