Bu gün Qarabağ özünün turizm potensialı, təbiəti, kənd təsərrüfatı, sənaye sahələri baxımından xarici investorlar üçün əlverişlidir.
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan azad olunan ərazilərdə zəruri baza infrastrukturunu özü təmin edir:
"Qarabağda heç bir kənar yardım olmadan dövlət tərəfindən böyük miqyaslı yatırımlar həyata keçirilməkdədir. Bu gün Qarabağ özünün turizm potensialı, təbiəti, kənd təsərrüfatı, sənaye sahələri baxımından xarici investorlar üçün əlverişlidir. Azad edilmiş ərazilərin hər bölgəsinin özünəməxsus potensialı var. Bununla da investorları Qarabağa cəlb edə bilərik".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.