AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ali Məhkəməyə yeni hakimlər təyin edilib

  • + A
  • - A
  • Bu gün, 12:03

    Ali Məhkəməyə yeni hakimlər təyin edilib

     
    Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

    Layihəyə əsasən, Xəyalə Adil qızı Cəmilova və Zaur Nazim oğlu Hüseynovun Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Ali Məhkəmənin hakimi təyin olunması təklif edilib.

    Məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

    Qeyd edək ki, Konstitusiyaya əsasən, Ali Məhkəmə hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclis təyin edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR