AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda arvadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

  • + A
  • - A
  • Dünən, 18:20

    Bakıda arvadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

    Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəşad Tağıyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

    O, Rəşad Tağıyevə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini təklif edib.

    Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Rəşad Tağıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə iyunun 30-da gecə saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1 adlı ərazidə baş verib. Məlumata görə, Tağıyev Rəşad Tofiq oğlu həmin ərazidə arvadı 36 yaşlı Hüseynova Sevinc İnşallah qızını aralarında yaranmış mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək qəsdən öldürüb.

    Faktla bağlı cinayət işi başlanıb. Rəşad Tağıyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR