AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

1 Noyabr – Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirilib

  • + A
  • - A
  • Dünən, 20:53

    1 Noyabr – Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirilib


    Əvvəlcə institutun direktoru İbrahim Cəfərov və kollektiv üzvləri Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub.
    Daha sonra Kənd Təsərrüfatı Nazirliyində 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə çıxış edən institutun direktoru, professor İbrahim Cəfərov bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, kənd təsərrüfatı sahəsində çalışan əməkdaşların fədakar əməyini yüksək qiymətləndirərək qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahə ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən birinə çevrilib. Dövlət başçısının kənd təsərrüfatına göstərdiyi xüsusi diqqət və qayğı, həyata keçirilən islahatlar və innovativ təşəbbüslər bu sahənin davamlı inkişafını təmin edir.
    İbrahim Cəfərov çıxışında həmçinin institutun elmi nailiyyətlərindən, aqrar sektorun rəqabət qabiliyyətinin artırılması və yeni texnologiyaların tətbiqi istiqamətində görülən işlərdən danışıb.
    Daha sonra çıxış edənlər kənd təsərrüfatının inkişafında əldə olunan nailiyyətlər, qarşıda duran hədəflər və yeni layihələr barədə fikirlərini bölüşüblər. Tədbir iştirakçıları kənd təsərrüfatı işçilərinə uğurlar, bol məhsuldarlıq və fəaliyyətlərində yeni nailiyyətlər arzulayıblar.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR