AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Zəfər Günümüz mübarək" adlı tədbir keçirilib

  • + A
  • - A
  • Bu gün, 20:15

    "Zəfər Günümüz mübarək" adlı tədbir keçirilib


    Bakı şəhəri, Nəsimi rayonu 14 nömrəli tam orta məktəbdə böyük Zəfərimizə həsr olunmuş "Zəfər Günümüz mübarək" adlı tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən məktəbin direktoru Rəfael Hüseynov Zəfər Gününün əhəmiyyətindən danışıb, bu tarixin xalqımızın qəhrəmanlığı və birliyinin rəmzi olduğunu vurğulayıb.

    Daha sonra məktəb şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər və musiqi nömrələri səslənib.

    İştirakçılara tədbirin fəxri qonağı olan tanınmış rejissor və aktyor Elçin Məmiyevin çəkdiyi Qarabağ mövzusunda olan "Susmuş vicdan" və "Beşatılan" filmindən fraqmentlər təqdim olunub.

    Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon komitəsinin sədri Reyhan Ocaqova Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR