AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Belarusiyanın turizm sənayesi üçün tanışlıq səfəri təşkil edilib

  • + A
  • - A
  • Bu gün, 12:41

    Belarusiyanın turizm sənayesi üçün tanışlıq səfəri təşkil edilib

    7-13 noyabr tarixlərində Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən Belarusiyadan olan 10 aparıcı turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil edilib.

    İştirakçılar Azərbaycanın qış turizm imkanları ilə, o cümlədən “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində təqdim olunan xidmətlərlə tanış olublar, Qusar və Qəbələ ilə yanaşı, İsmayıllı və Quba bölgələrinə səfər ediblər.

    Tanışlıq səfəri çərçivəsində, həmçinin yeni tərəfdaşlıqlar qurmaq və Azərbaycanı cəlbedici turizm destinasiyası kimi tanıtmaq məqsədilə 40-dan çox yerli turizm sənayesi nümayəndəsi ilə Belarusiyanın turizm şirkətləri arasında B2B görüşlər keçirilib.

    Qeyd edək ki, 2025-ci ilin 10 ayı ərzində Belarusiyadan Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə 3% faiz artımla 23 229 ziyarətçi gəlib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR