AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BDU nümayəndə heyəti Pekində Ümumdünya Çin Dili Konqresində iştirak edir

  • + A
  • - A
  • Bu gün, 11:37

    BDU nümayəndə heyəti Pekində Ümumdünya Çin Dili Konqresində iştirak edir


    Bakı Dövlət Universitetinin (BDU) elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru Vanq Haoqiang 14-15 noyabr tarixlərində Pekin şəhərində keçirilən Ümumdünya Çin Dili Konqresində iştirak edir.

    Pekin Milli Konqres Mərkəzində tədbirin açılış mərasimi keçirilib. Açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpinin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Çinin baş nazirinin müavini Dong Xuexiang, təhsil naziri Huai Jinpeng çıxış edərək, Çin və dünya xalqları arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi məqsədilə Çin dilində beynəlxalq təhsilin təşviqinə hərtərəfli dəstəyin davam etdiriləcəyini bildiriblər.

    Tədbirdə dünyanın Çin dili tədris olunan ölkələrindən nazirlər, ali məktəb rəhbərləri, tanınmış elm xadimləri iştirak edirlər. Konqresdə beynəlxalq təhsil əlaqələrinin intensivləşdirilməsi, Çin dilinin tədrisində qabaqcıl təcrübənin öyrənilməsi, birgə innovativ proqramların işlənib hazırlanması kimi məsələlər müzakirə olunur.

    BDU-da Çin dilinin tədrisinə, Çin universitetləri ilə əlaqələrin inkişafına xüsusi diqqət göstərilir. BDU-da 2004-cü ildən Çin üzrə “Regionşünaslıq” ixtisası açılıb. 2011-ci ildən isə Çinin Anhui Universiteti ilə əməkdaşlıq nəticəsində BDU-nun nəzdində Konfutsi İnstitutu fəaliyyətə başlayıb. İnstitutda Çin dili, Çin mədəniyyətinin təbliği və öyrənilməsi sahəsində mühüm işlər görülür. “Çin körpüsü” adlı Çin dili üzrə beynəlxalq yarış təşkil olunur. Yarışın qalibi Çində ölkəmizi təmsil etmək fürsəti əldə edir. 2022-ci ildən isə Şərqşünaslıq fakültəsində “Çin filologiyası” ixtisası açılıb. 2023-cü il dekabrın 8-də BDU, Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və Anhui Universiteti arasında “Beynəlxalq Çin dili təhsili” birgə bakalavr proqramı üzrə üçtərəfli müqavilə imzalanıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR