General-mayor Qriqori Xaçaturova qarşı yeni ittihamlar irəli sürülüb və o, beynəlxalq axtarışa verilib.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə 48 yaşlı general-mayor rüşvət verməkdə, həmçinin müharibə zamanı vəzifə səlahiyyətlərini aşmaqda və vəzifədən sui-istifadədə ittiham olunur.
Qeyd edək ki, Qriqori Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş Baş katibi general-mayor Yuri Xaçaturovun oğludur. O, 2021-ci ildə Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bir neçə yüksək rütbəli hərbiçilərdən biri olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.