AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İş günlərinin yeri hələ dəyişməyib - RƏSMİ AÇIQLAMA

  • + A
  • - A
  • 10-12-2025, 10:45

    İş günlərinin yeri hələ dəyişməyib - RƏSMİ AÇIQLAMA


    Sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar iş yerlərinin dəyişdiriləcəyi barədə iddialar yayılıb.

    İddialara görə, 29-30 dekabr iş günlərinin yeri 27-28 dekabrla dəyişdiriləcək və bayram tətili 1 həftə olacaq.

    Qeyd edək ki, iş günlərinin yerlərinin dəyişdirilməsi səlahiyyəti Nazirlər Kabinetinə məxsusdur.

    Modern.az məsələni dəqiqləşdirmək üçün Nazirlər Kabinetinə sorğu ünvanlayıb.

    Qurumdan verilən açıqlamada bildirilib ki, hazırda bu barədə hər hansı qərar yoxdur.

    Xatırladaq ki, dekabr ayının 31-i və yanvar ayının 1 və 2-si qeyri-iş günüdür. Yanvar ayının 3-ü və 4-ü şənbə və bazar gününə düşdüyü üçün ard-arda 5 gün iş olmayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR