AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sayt və sosial şəbəkələrdə açıq hörmətsizliyə STOP

  • + A
  • - A
  • 15-01-2026, 17:32

    Sayt və sosial şəbəkələrdə açıq hörmətsizliyə STOP

    Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklikləri təsdiqləyib. Dəyişikliklər informasiya mühitində sağlamlığın qorunması, ictimai mənəviyyatın və milli-mənəvi dəyərlərin müdafiəsinin gücləndirilməsini hədəfləyir.
    Yeni dəyişikliklərə əsasən, kütləvi şəkildə yayımlandığı halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin yayılması qadağan olunur. Qadağaya əxlaqsız və təhqiramiz ifadələr, uyğun olmayan jestlər, milli və mənəvi dəyərlərə zidd görüntülər, eləcə də ictimai davranış normalarını pozan məzmunlar daxildir.
    Qanunvericilikdə edilən bu dəyişikliklər xüsusilə saytlar və sosial şəbəkələr vasitəsilə yayılan kontentin məsuliyyətini artırmaq məqsədi daşıyır. Belə ki, ictimai rəyə təsir göstərən platformalarda hörmətsiz və mənəvi dəyərlərə zidd paylaşımların qarşısının alınması dövlətin informasiya təhlükəsizliyi siyasətinin mühüm tərkib hissəsi kimi qiymətləndirilir.
    Qeyd olunur ki, dəyişikliklərin əsas məqsədi cəmiyyətdə sağlam informasiya mühitinin formalaşdırılması, gənclərin və ümumilikdə ictimaiyyətin mənəvi dəyərlərinin qorunması, sosial şəbəkə və media resurslarında məsuliyyətli davranışın təşviq edilməsidir.
    Yeni tələblər informasiya resurslarının fəaliyyətində etik normalara əməl olunmasını, milli-mənəvi dəyərlərə hörmətin təmin edilməsini və açıq hörmətsizlik hallarının qarşısının alınmasını nəzərdə tutur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR