AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Faciənin foto yaddaşı” sərgisi açılıb

  • + A
  • - A
  • 16-01-2026, 18:06

    “Faciənin foto yaddaşı” sərgisi açılıb

    Milli Azərbaycan Tarixi Muzeyində “Faciənin foto yaddaşı” adlı fotosərginin açılış mərasimi keçirilib.

    Sərgi çərçivəsində “Faciənin fotosu” (rejissor Fərqanə Qasımlı, operator Ayaz Mikayılzadə) adlı sənədli film nümayiş olunub.

    Sərginin kuratoru, muzeyin fotoqrafı, Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi Mirnaib Həsənoğlu çıxış edərək sərgidə təqdim olunan fotoların və sənədlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

    M.Həsənoğlu bildirib ki, sərgi tarixi həqiqətlərin vizual materiallar vasitəsilə gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.

    Qeyd edək ki, sərgidə fotoqraflar tərəfindən lentə alınmış fotolarla yanaşı, Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda qorunan sənədlər də nümayiş olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR