AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəzza üçün Tramp Sülh Şurasına daimi üzv olan ölkələr 1 milyard dollar verməlidir

  • + A
  • - A
  • 19-01-2026, 10:25

    Qəzza üçün Tramp Sülh Şurasına daimi üzv olan ölkələr 1 milyard dollar verməlidir


    ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə yaradılan və Qəzzada növbəti mərhələləri nəzarətdə saxlamağı hədəfləyən Sülh Şurasına daimi üzv olmaq üçün ölkələr 1 milyard dollar verməlidirlər.

    Bu barədə “Associated Press“ ABŞ rəsmisinə istinadən məlumat yayıb.

    Məlumata görə, üç il müddətinə üzvlük üçün ödəniş nəzərdə tutulmasa da bu yolla toplanan vəsaitin Qəzzanın bərpasına yönəldirilməsi nəzərdə tutulub.
    Bildirilib ki, Macarıstanın baş naziri Viktor Orban dəvəti qəbul edib. Vyetnamın Kommunist Partiyasının Baş katibi To Lamın da Şuraya qoşulduqlarını açıqlayıb. Hindistan dəvət alan ölkələr sırasındadır. Avstraliya isə təşəbbüsün mahiyyətini aydınlaşdırmaq üçün ABŞ-la məsləhətləşmələr aparacağını bildirib.

    Bundan başqa, İordaniya, Yunanıstan, Kipr və Pakistan də dəvət aldıqlarını təsdiqləyiblər. Daha əvvəl Kanada, Türkiyə, Misir, Paraqvay, Argentina və Albaniya da dəvət edildiklərini açıqlamışdı.

    ABŞ-ın yaxın günlərdə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda, Şuranın rəsmi üzvlərinin siyahısını elan edəcəyi gözlənilir.
    Qeyd edək ki, Şura oktyabrın 10-da qüvvəyə minmiş atəşkəsin çətin ikinci mərhələsi çərçivəsində Qəzzada atılacaq addımlara nəzarət edəcək. Planlara Qəzzada yeni Fələstin komitəsinin yaradılması, beynəlxalq təhlükəsizlik qüvvəsinin yerləşdirilməsi, HAMAS-ın tərksilahı və müharibədən zərər çəkmiş ərazinin bərpası daxildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR