AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Medianın İnkişafı Agentliyindən “deepfake” xəbərdarlığı

  • + A
  • - A
  • Dünən, 12:07

    Azərbaycan Medianın İnkişafı Agentliyindən “deepfake” xəbərdarlığı

    Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi xəbər verib ki, sosial şəbəkələrdə Prezidentin köməkçisi Hikmət Hacıyevin adından hazırlanmış, “deepfake” texnologiyası ilə saxta və reallığı əks etdirməyən video yayılıb.
    Agentlik bildirir ki, bu tip dezinformasiya ictimai rəyin çaşdırılmasına, Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlik və qarşılıqlı etimadın zədələnməsinə xidmət edə bilər.
    Cəmiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə və saxta məlumatlara qarşı diqqətli olmağa çağıran Agentlik, həmçinin sosial şəbəkə platformalarının operatorlarını zərərli məzmunun operativ şəkildə aradan qaldırılması və qarşısının alınması üçün tədbirlər görməyə dəvət edir.
    #MEDİA #açıqlama


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR