AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ƏMAS-da atalıq məzuniyyəti ilə bağlı yeni funksionallıq tətbiq edilib

  • + A
  • - A
  • 28-01-2026, 12:22

    ƏMAS-da atalıq məzuniyyəti ilə bağlı yeni funksionallıq tətbiq edilib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) uşağının doğulması ilə əlaqədar kişilərə ödənişli məzuniyyət verilməsi ilə bağlı əmri e-qaydada formalaşdırmaq üçün yeni funksionallıq tətbiq edilib.

    Bu barədə nazirlik məlumat yayıb.

    ƏMAS-da işçiyə uşağının doğulmasından əvvəl və sonrakı dövr üzrə 14 təqvim günü ödənişli məzuniyyət verilməsinə dair əmri ƏMAS üzərində formalaşdırır.

    Qeyd edək ki, əmək qanunvericiliyinə edilmiş yeni dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyətin verilməsini nəzərdə tutur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR