AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Növbəti dörd ildə 14 regional DOST mərkəzi istifadəyə veriləcək

  • + A
  • - A
  • 30-01-2026, 11:17

    Növbəti dörd ildə 14 regional DOST mərkəzi istifadəyə veriləcək

    Azərbaycanda 2030-cu ilədək 14 regional DOST mərkəzi və 64 filialın istifadəyə verilməsi nəzərdə tutulub.

    Bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qurumun 2025-ci il üzrə yekunlarına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, keçən il DOST mərkəzlərində 900 minə yaxın, ümumilikdə ötən dövrdə 4,1 milyondan çox vətəndaşa xidmət göstərilib:

    "Ötən il Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər və Füzuli xidmət məntəqələri, bu ay isə Tərtər filialı istifadəyə verilib. Ümumilikdə indiyədək Bakı və bölgələrdə 7 DOST Mərkəzi, 2 DOST filialı, "Smart DOST" xidmət məntəqəsi, 2 DOST məntəqəsi istifadəyə verilib".

    F.Məmmədov əlavə edib ki, hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filallarının yaradılması üçün layihə, təmir-tikinti işləri aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR