AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İşəgötürənlərin uyğun kadr tapmaqda ən çox çətinlik çəkdiyi sahələr açıqlanıb - SİYAHI

  • + A
  • - A
  • Bu gün, 14:23

    İşəgötürənlərin uyğun kadr tapmaqda ən çox çətinlik çəkdiyi sahələr açıqlanıb - SİYAHI

    İşəgötürənlərin uyğun kadr tapmaqda ən çox çətinlik çəkdiyi sahələr məlum olub.

    Bu barədə Dövlət Məşğulluq Agentliyinin "Əmək bazarı" bülleteninin 5-ci buraxılışında qeyd edilib.

    Belə ki, çətinlik çəkilən əsas sahələr sırasında satış və marketinq (16,7%), texniki ixtisaslar (15,8%) və mühasibatlıq və maliyyə (15,3%) yer alır. Bundan əlavə, tikinti və fiziki işlər (9,5%) və ticarət sahəsi (9,5%) də kadr çatışmazlığı yaşanan istiqamətlər sırasındadır. Turizm və xidmət sektoru üzrə bu göstərici 8,6%, kənd təsərrüfatı və heyvandarlıq sahəsində isə 7,7% təşkil edir. Siyahıda ofis və inzibati dəstək işləri (6,3%) və tibb sahəsi (5,4%) üzrə işçi çatışmazlığı da var.

    Bülletendəki məlumatlara görə, son 1 il ərzində şirkətlərdə ən çox vakansiya texniki ixtisaslar (21,2%) üzrə elan edilib. Satış və marketinq sahəsi 17,1%, mühasibatlıq və maliyyə 13,5% təşkil edib. Tikinti və fiziki işlər, eləcə də kənd təsərrüfatı və heyvandarlıq sahələrinin hər biri üzrə göstərici 13,1% olub. Ticarət sahəsi üzrə vakansiyalar 10,4%, ofis və inzibati dəstək işləri üzrə 9,5% təşkil edib. Tibb sahəsi 7,2%, turizm və xidmət sektoru isə 6,8% səviyyəsində qeydə alınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR