AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Premyer Liqa: "Araz-Naxçıvan" 6 aydır qalib gələ bilməyən "Karvan-Yevlax"la səfərdə qarşılaşacaq

  • + A
  • - A
  • 21-02-2026, 09:39

    Premyer Liqa: "Araz-Naxçıvan" 6 aydır qalib gələ bilməyən "Karvan-Yevlax"la səfərdə qarşılaşacaq

    Misli Premyer Liqasının XXI turunda bu gün daha bir oyun keçiriləcək.

    Günün yeganə matçında cari mövsümün ortabab komandalarından "Araz-Naxçıvan" Yevlax şəhər stadionunda autsayder "Karvan-Yevlax"ın qonağı olacaq.

    Baş məşqçi Andrey Demçenkonun rəhbərliyi altında ötən tur ilk qalibiyyətini alan Naxçıvan kollektivi uğurlu seriyanı bu görüşdə də davam etdirmək niyyətindədir.

    Aran təmsilçisi isə 6 aylıq qələbə həsrətinə son qoymağı hədəfləyir. Tərəflər arasında ilk dövrədə keçirilən görüşdə "Araz-Naxçıvan" qalib gəlib - 2:1.

    Baş hakim İnqilab Məmmədovun idarəçiliyi ilə baş tutacaq matç saat 14:30-da başlayacaq.

    Turnir cədvəlində "Araz-Naxçıvan" 30 xalla altıncıdır. Sonuncu olan "Karvan-Yevlax" isə 6 xalla on ikinci pillədə yer alıb.

    Misli Premyer Liqası

    II dövrə, XXI tur

    21 fevral

    14:30. "Karvan-Yevlax" – "Araz-Naxçıvan"

    Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev.

    VAR: Tural Qurbanov.

    AVAR: Şirmamed Mamedov.

    Hakim-inspektor: Zöhrab Qədiyev.

    AFFA nümayəndəsi: Nəriman Axundov.

    Yevlax şəhər stadionu

    Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni (2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" oyununda isə qapılara qol vurulmayıb. Bu gün keçirilməsi nəzərdə tutulan "Neftçi" – "Qarabağ" qarşılaşması daha əvvəl qeyri-müəyyən müddətə təxirə salınıb.

    XXI tura fevralın 22-də yekun vurulacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR