AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nikol Paşinyan Polşaya səfər edib

  • + A
  • - A
  • 25-02-2026, 12:35

    Nikol Paşinyan Polşaya səfər edib


    Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük rəsmi səfərlə Polşaya yola düşüb.

    Bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan “Facebook”da bildirib.

    Səfər çərçivəsində Paşinyan Polşanın Baş naziri Donald Tusk ilə görüşəcək, bundan sonra Ermənistan və Polşanın Baş nazirləri media nümayəndələri qarşısında bəyanatlarla çıxış edəcəklər.

    Rəsmi səfər çərçivəsində Baş nazir Prezident Karol Navrotski və Senatın sədri Malgorzata Kidava Blonska ilə də görüşəcək.

    Nikol Paşinyan həmçinin Polşa Beynəlxalq Münasibətlər İnstitutuna baş çəkəcək və orada Polşa beyin mərkəzlərinin nümayəndələri ilə görüşəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR