AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü fevralın 24-də Hövsan qəsəbəsi, 172 saylı tam orta ümumtəhsil məktəbində keçirilib

  • + A
  • - A
  • 25-02-2026, 13:49

    Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü fevralın 24-də Hövsan qəsəbəsi, 172 saylı tam orta ümumtəhsil məktəbində keçirilib

    Suraxanıda səyyar görüşlər davam edir
    Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü fevralın 24-də Hövsan qəsəbəsi, 172 saylı tam orta ümumtəhsil məktəbində keçirilib.
    Səyyar görüşdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
    Rayon sakinləri onları narahat edən müxtəlif məsələlərə toxunublar. Müraciətlər əsasən asfalt örtüyünün vurulması, bankomat quraşdırılması, sahibsiz heyvanların artması, işlə təmin olunma və s. məsələlərlə bağlı olub. Qeyd edilən müraciətlər nəzarətə götürülməklə İcra Hakimiyyətinin başçısı tərəfindən həlli ilə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
    Həmçinin, səyyar görüşdə RİH başçısı Adil Əliyev prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, xüsusilə də işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən bərpa quruculuq işləri haqqında ətraflı məlumat verərək, dağıdılmış şəhər və kəndlərimizdə müasir standartlara uyğun “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin uğurla icra olunduğunu vurğulayıb. O, bildirib ki, dövlətimizin qarşısında duran prioritet məsələlərdən biri də məhz vətəndaş məmnunluğunun və dayanıqlı inkişafın təmin olunmasıdır.


















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR