AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ombudsmana müraciətlərin artmasının səbəbi açıqlanıb

  • + A
  • - A
  • Bu gün, 10:41

    Ombudsmana müraciətlərin artmasının səbəbi açıqlanıb

    İnsan hüquqları üzrə müvəkkilə (ombudsman) müraciətlərin artmasının səbəblərindən biri onların ödənişsiz qəbul edilməsidir.

    Bunu Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında ombudsmanın 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.

    O qeyd edib ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili vətəndaşlara hər zaman pulsuz hüquqi yardım göstərir.

    "Qeyd etmək istəyirəm ki, ombudsman məktəblərdə qidanın keyfiyyəti ilə əlaqədar monitorinq aparıb. Yaxın vaxtlarda bu haqda məlumatlar ictimaiyyətə təqdim ediləcək", - A.Səfixanlı əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR