İyunun 11-də Amerika fond bazarında Dow Jones indeksi 6,90% – 25,128.17 bəndədək, S&P 500 indeksi 5,89% – 3,002.10 bəndədək, Nasdaq indeksi isə 5,27% – 9,492.73 bəndədək enib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında iyunun 11-də FTSE 100 indeksi 3,99% – 6,076.70 bəndədək, Fransa CAC-40 indeksi 4,71% – 4,815.60 bəndədək, Almaniya DAX-ı isə 4,47% – 11,970.29 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1,13% artaraq 1 733,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,73% azalaraq 1,1290 dollar təşkil edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.