AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İzmir zəlzələsinin qurbanlarının sayı artır; 800-dən çox yeni avtoşok - YENİLƏNİB

  • + A
  • - A
  • 1-11-2020, 12:06



    Türkiyənin İzmir şəhərində güclü zəlzələnin ağır nəticələri davam edir.

    “Haber Global” məlumat verir ki, dağıntılar zamanı həyatını itirənlərin sayı 49-a çatıb.

    Səkkiz binada axtarış-xilasetmə prosesləri davam etdirilir.

    Zəlzələnin ardınca 40-ı 4 baldan çox böyük olmaqla, 850 avtoşok qeydə alınıb.

    Bildirilir ki, yaralanan 896 nəfərin 682-si xəstəxanadan buraxılıb, 214-ünün müalicəsi davam etdirilir.


    07:56

    Türkiyənin İzmir şəhərində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.

    Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Bildirilib ki, təbii fəlakət nəticəsində həlak olanların sayı 42 nəfərə yüksəlib.

    Zəlzələ zamanı həmçinin 896 nəfər xəsarət alıb, onlardan 667-si artıq evə buraxılıb. Hazırda 9 binanın dağıntıları altında axtarışlar aparılır.

    00:50

    Türkiyənin İzmir şəhərindəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 39 nəfərə çatıb. 

    Bu barədə “Haber Global” Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla məlumat yayıb.

    Bildirlib ki, yaralı sayı 885 nəfərdir və dağıntıya məruz qalan 9 binada axtarış-xilasetmə işlər davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR