İspaniyada yaşayan diaspor fəalı Fərid Mustafayevin təşəbbüsü ilə bu ölkənin www.tuvozenpinares.com xəbər portalında "2021-ci il – Nizami Gəncəvi ili: gələcəyə ünvanlanmış çağırış" sərlövhəli məqalə dərc edilib.
Dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş məqalə 2021-ci ilin Azərbaycanda "Nizami Gəncəvi ili" elan edilməsi haqqında sərəncamın imzalanması xəbəri ilə başlayır.
Məqalədə qeyd edilir ki, 880 il öncə Azərbaycanın qədim şəhəri olan Gəncədə dünyaya gəlmiş Nizami Gəncəvi türk, fars və ərəb ədəbiyyatını, fəlsəfəsini dərindən mənimsəyərək, türk və fars dillərində lirik və epik şeirlər yaradıb. Nizaminin təkcə dərin mənalı şeir xəzinəsi ilə deyil, həm də insanları elmin gücünə inandıran, onları tərəqqi üçün bələdçi olmağa səsləyən missioner kimi Yaxın Şərqdən Orta Asiyaya qədər geniş bir coğrafiyanın rəmzinə çevrildiyi vurğulanıb.
Bildirilir ki, 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi Nizami yaradıcılığı ilə bağlı tədqiqatların aparılmasını təşviq edəcək və yeni istiqamətlərin öyrənilməsinə imkan yaradacaqdır.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.tuvozenpinares.com/articulo/sociedad/2021-ano-poeta-nizami-ganjavi-llamamiento-futuro/20210220114713031179.html
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.