AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünya azərbaycanlılarının virtual konfransı oldu

  • + A
  • - A
  • 28-05-2021, 11:06


    Diasporla İş üzrə Dövlət Komitəsi “28 may-Respublika Günü” münasibətilə virtual konfrans təşkil edib.

    Komitədən verilən məlumata görə, konfransa 58 ölkədən 367nəfər yaxın soydaşımız, o cümlədən Cümhuriyyətçilərin müxtəlif ölklərdə yaşayan varisləri, eyni zamanda 2-ci Qarabağ müharibəsi qəhrəmanlarının yaxınları, şəhid ailələrinin üzvləri, “Karabakh is Azerbaijan” platformasının təmsilçiləri, diaspor könüllüləri və diaspor gəncləri qatılıb.

    Dünya azərbaycanlılarını Respublika günü münasibəti ilə təbrik edən Komitə sədri Fuad Muradov Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə ordumuzun Vətən savaşında qazandığı zəfərdən danışıb.

    AXC-nin ilk Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin İsveçrədə yaşayan varisi Mariya xan Xoyskaya bildirib: “Mən çox şadam ki, Azərbaycan dünyada öz layiqli yerini tutub və onun parlaq gələcəyi var”.

    Türkiyənin görkəmli hərbi və siyasi xadimi Kazım Qarabəkirin nəslinin davamçısı Timsal Qarabəkir Kazım bəyin hərbi fəaliyyətinin Naxçıvanla bağlı dövrünü bir daha xatırladıb, türk bayraqlarının dünyada əbədi dalğalanacağına böyük inamını ifadə edib, Qarabağın azadlığı münasibətilə hər kəsi təbrik edib. Əhməd Cavadın İsraildə yaşayan nəvəsi Yaqut Abdullayeva da Azərbaycana sevgisini ifadə edib, dünya azərbaycanlılarına əbədi birlik arzulayıb.

    Konfrans boyu Cümhuriyyətdən Respublikaya qədər böyük bir dövrü əhatə edən videorolik nümayiş olunub, birliyə çağırış musiqiləri səsləndirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR