AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həkim: “Açıq havada toylara icazə verilə bilər” - VİDEO

  • + A
  • - A
  • 2-06-2021, 13:03


    Kütləvi tədbirlərin, xüsusən də toy və yas məclislərinin açıq havada hansısa formada karantin qaydalarını gözləməklə keçirilməsinə icazə vermək olar.

    Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Adil Qeybulla deyib.

    O bildirib ki, bütün yumşaldılmalara baxmayaraq, qapalı mühitdə karantin qaydalarının gözlənilməsi şərt olaraq qalır:

    “75-100 nəfər civarında şəxslə karantin davranış qaydalarının gözlənilməsi ilə toylara icazə verilməsi yaxşı olardı. Çünki bu, bizim üçün genefondla bağlı ciddi məsələdir. Bunun gələcəkdə fəsadlarını yaşamamaq üçün vəziyyətdən istifadə etməliyik. Lakin hər an “sürpriz” olma ehtimalını yaddan çıxarmamalıyıq. Çünki artıq Hindistandan ciddi xəbərlər gəlir, pandemiya sona çatmayıb və ÜST bununla bağlı rəsmi elan verməyib. Buna görə də hər zaman sürprizlərə hazır olmalıyıq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR