AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda iqtisadiyyat sahəsində baş vermiş mühüm hadisələr.

  • + A
  • - A
  • 6-06-2021, 10:00


    Respublikamızda həyаtа kеçirilən yüksək iqtisаdi siyаsət, mаkrоiqtisаdi və mаliyyə sаbitliyinin qоrunmаsının təmin еdilməsi eləcə də dаyаnıqlı iqtisаdi аrtımın və iqtisаdiyyаtın mоdеrnləşməsinə dəstək vеrən siyаsətin dərinləşdirilməsi, qеyri-nеft sеktоrunun sürətlə inkişаf еtdirilməsi əldə еdilən müsbət nəticələrdir. Ölkəmizin əldə еtdiyi uğurlаr dünyаnın ən qabaqcıl və rеytinqli təşkilаtlаrı və mаliyyə institutlаrının hеsаbаtlаrındа dа öz əksini tаpmışdır. Söyləyə bilərik ki, Respublikamız dünyаdа nеft və qаz ölkəsi kimi tanınır. Bu gün ölkəmizdə istehsal edilən neft-qaz xalqımızın yaşayış tərzinin yaxşılaşmasında, onun ictimai-siyasi həyatında önəmli rol oynayır. Bu nemət ulu öndər Heydər Əliyevin memarı olduğu neft strategiyasının uğurla həyata keçirilməsi sayəsində Azərbaycanda dinamik inkişafın təmin edilməsi və dünya təsərrufat sisteminə inteqrasiya əlaqələrinin güclənməsi mümkün olmuşdur.
    Dahi lider Heydər Əliyev iqtisadiyyatın Azərbaycana verdiyi tövhələr haqqında bu sözləri söyləmişdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.”
    Regionda qlobal enerji layihələrinin təşəbbüskarı və iştirakçısı olan ölkəmiz hazırda bir çox dünya və Avropa ölkələrinin “mavi yanacaq”la təminatında mühüm rol oynamaqdadır. Məlum olduğu kimi, respublikamız dünyanın potensial qaz ixracatçılarından birinə yəni “Şahdəniz” qaz yatağına çevirmişdir. “Şahdəniz” qaz yatağının ikinci işlənmə mərhələsinin Azərbaycan üçün əhəmiyyəti olduqca böyükdür. Belə ki, bu ikinci mərhələ çərçivəsində hasil edilən daha böyük miqdarda “mavi yanacaq” Respublikamızın ixrac imkanlarını genişləndirməklə yanaşı, “Şahdəniz” qazının alıcılarının sayının artmasına da səbəb olacaq. Bütün bunlarla yanaşı ölkəmizin təşəbbüsü və iştirakı ilə TANAP qаz layihəsinin reallaşması olduqca mühüm tarixi hadisə sayıla bilər. TANAP Respublikamızın iqtisadi qüdrətinin və dünyadakı siyasi nüfuzunun artmasında önəmli rola malikdir. Аzərbаycаn Respublikasının Prezidenti İlham Əliyev bu layihənin tarixi rolundan bəhs еdərək göstərib ki,: “TANAP layihəsi bizə imkan verəcəkdir ki, Azərbaycan zəngin qaz resurslarını dünya bazaarlarına böyük həcmdə nəql etsin. Hesab edirəm ki, TANAP layihəsi son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük addımdır. TANAP layihəsinin təşəbbüskarı da Azərbaycan olmuşdur. Əminəm ki, TANAP layihəsini Azərbaycan öz tərəfdaşları ilə vaxtında icra edəcək və beləliklə, Avropanın enerji xəritəsi böyük dərəcədə dəyişdiriləcəkdir”.
    Əminliklə qeyd edə bilərik ki, Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər tükənməz potensiala malikdir. Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə ilə əməkdaşlığın iqtisadiyyatın bütün sahələri üzrə, həmçinin nəqliyyat və infrastruktur sahəsində də yeni perspektivləri meydana çıxır. Cari ilin 29 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman bir daha əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahələrin qarşılıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirmişdir.
    Prezident İlham Əliyev həmçinin İqtisadiyyat sahəsi üçün bu sözləri də söyləmişdir: “Azərbaycan düşünülmüş müstəqil siyasət aparır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq.”
    Ölkəmizdə iqtisadiyyatın təhlili və inkişaf meyllərini müəyyən etmək üçün ilk başda makroiqtisadiyyat, pul və məzənnə siyasəti bununla yanaşı valyuta bazarı, bank sektoru, ödəniş və sığorta sistemlərində baş verən dəyişikliklərə diqqətdə saxlanılmalıdır. İqtisadiyyatın inkişafında və nəzarətdə saxlanılmasında müştəri məmnuniyyəti dövlətin iqtisadiyyat sahəsindəki fəaliyyətinin əsas prioritetlərindən biridir. Hazırda respublikamızda fəaliyyət göstərən banklar və bank təşkilatları təchizatçılarının nağd pul avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslara adaptasiya prosesi yekunlaşmaq üzrədir. Ölkənin çevik reaksiyası nəticəsində yaranan texniki çətinliklər öz həllini tapıb. Həmçinin hazırda yenilənmiş pul nişanları ilə yanaşı, köhnə nümunəli 1, 5 və 50 manatlıq pul nişanları da istifadə edilir. Hazırda yenilənmiş və köhnə pul nişanlarının ödəniş terminallarında qəbulu ilə bağlı hər hansı çətinlik müşahidə olunmur.
    Respublikamızda istismar olunan nağd pul sistemlərinin yenilənmiş pul nişanlarına adaptasiyası məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçıları məlumatlandırılmış, həmçinin müvafiq pul nişanları ilə təmin edilmiş və adaptasiya prosesinə başlanılmışdır. Günümüzdə müvafiq sistem və avadanlıqların yenilənmiş pul nişanlarına uyğunlaşdırılması kommersiya bankları və ödəniş xidmətləri provayderləri tərəfindən əsasən yekunlaşmış və bu sistemlər yenilənmiş pul nişanlarında ödənişləri qəbul edir.
    İqtisadiyyat sahəsinin inkişafı uğrunda atılan hər bir addım ölkənin inkişafına və əhalinin rifahının yüksəlməsinə gətirib çıxarmışdır.

    Xoşqədəm Hacıbalazadə
    İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR