AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Artıq 700-dən çox insan bu ölkədə anomal istilərin qurbanı olub

  • + A
  • - A
  • 3-07-2021, 20:25

    Kanadanın Britaniya Kolumbiyası əyalətində anomal istilər səbəbindən 700-dən çox ölüm halı qeydə alınıb.
    Artıq 700-dən çox insan bu ölkədə anomal istilərin qurbanı olub
    Azadmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə əyalətin baş koroneri Liza Lapoynt bildirib.

    Onun sözlərinə görə, iyunun 25-dən iyulun 1-dək gün vurmadan 719 ölüm halı qeydə alınıb ki, bu da normadan üç dəfə çoxdur.

    Rekord temperatur göstəricisi kiçik Litton şəhərində də qeydə alınıb. Burada istidən bütün evlər yanıb. Şəhərcik yer üzündən silinib.

    Yüksək temperatur səbəbindən baş vermiş meşə yanğını iyunun 30-da bütün şəhərciyi bürüyüb, min nəfərə yaxın sakin təxliyə edilib.

    Anomal istilər ABŞ-da da insanların həyatına son qoyub. İyunun 25-dən Vaşinqton və Oreqon ştatlarında 79 nəfər dünyasını dəyişib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR