Avrokomissiya meşələrin mühafizəsi üçün 1 milyard avro vəsait ayıracaq
Avropa Komissiyası meşələrin mühafizəsi üçün 1 milyard avro vəsait ayıracaq.
Azadmedia.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən İqlim dəyişikliyi ilə bağlı BMT-nin Çərçivə Konvensiyasının 26-cı konfransı (COP26) zamanı deyib.
O bildirib ki, Avropa Komissiyası tezliklə Avropa İttifaqının meşələrin məhvinə təsirini məhdudlaşdıracaq tapşırıqları təqdim edəcək:
"Aİ bazarlarına daxil olan məhsullar meşələrin məhv olmasına aparmamalıdır".
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR