AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlin sonuncu Günəş tutulması hadisəsi baş verir

  • + A
  • - A
  • 4-12-2021, 10:50


    Dekabrın 4-də bu ilin sonuncu Günəş tutulması hadisəsi baş verir.

    N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu tutulma tam Günəş tutulmasıdır.

    Günəş tutulması hadisəsi saat 09:29:16-dan başlanıb və saat 13:37:26-da sona çatacaq. Ümumilikdə 4 saat 8 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 11:34:38-də olacaq.

    Tam tutulma Antarktidada müşahidə olunur. Avstraliyanın, Afrikanın və Cənubi Amerikanın cənubunda, Sakit, Atlantik, Hind okeanlarında isə qismən tutulma müşahidə edilir.

    Qeyd edək ki, Günəş tutulması Azərbaycanda müşahidə olunmur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR