AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon Ağakişibəyli kənd şəhidi Polkovnik-leytenant Ramiz Cəfərovun əziz xatirəsinə "Şuşa qartalı" adlı kompozisiya təqdim ediləcək

  • + A
  • - A
  • 7-12-2021, 13:27



    Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü naminə canını fəda edərək müqəddəs şəhidlik məqamına ucalmış Vətən Müharibəsi Qəhrəmanı Ramiz Sübhan oğlu Cəfərovun döyüşlərdəki igidliyindən bəhs edən teatr kompozisiyası təqdim ediləcək.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının səhnə kollektivi və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin birgə səyi ilə hazırlanan "Şuşa qartalı" adlı kompozisiya 8 dekabr 2021-ci il tarixində, saat 11:00-da başlayacaq.

    Yazıçı Nurəddin Ədiloğlunun şəhidlərin həyat və döyüş yoluna işıq salan "Şəhidlik manifesti" kitabı əsasında ərsəyə gətirilən tamaşanın quruluşu rejissor Cəmaləddin Əliyevə, səhnə və musiqi tərtibatı isə Elsevər Əliyev və Ruslan Zahidova aiddir.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR