Türkiyənin Bartın şəhərinin bir neçə rayonuna yağan güclü leysan selin yaranmasına səbəb olub.
Orduyeri küçəsində meydana gələn sel nəqliyyatın hərəkətini iflic edib.
Sel səbəbindən onlarla sürücü yolda qalıb. Əraziyə xilasedicilər cəlb edilib.
Bundan əlavə, Kastamonuda da sel-suları körpüləri uçurdub, bir sıra obyekt və evlər su altında qalıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.