Başsağlığını qəbul edən kral Çarlz eşitdiyi sualdan sonra dərhal ordan uzaqlaşıb.
Azadmedia.az - İngiltərə kralı Çarlz Kraliça Elizabetin ölümündən sonra Uelsdə toplanan izdihamla görüşüb.
Kral Çarlza başsağlığı verən bir vətəndaş belə bir sual ünvanlayıb; "Evlərimizi qızdırmaq üçün mübarizə apararkən, sizin paradınızın pulunu ödəmək məcburiyyətindəyik. Vergi ödəyiciləri sizin üçün 100 milyon funt sterlinq ödəyirlər. Nəyə görə?"
Kral bu sualdan sonra dərhal ərazini tərk edib.
Qeyd edək ki, İngiltərə kraliçası Elizabetin ölümündən sonra başlayan mərasimlər 10 gündür davam edir. Kraliçanın dəfn mərasimi bazar ertəsi günü baş tutsa da, ölkənin yeni monarxı Kral Çarlz başsağlığı mesajlarını qəbul etməyə davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.