Kraliçanın tabutu önündə qorxulu anlar yaşanıb! Polis həmin şəxsi yerə yıxaraq nəzarətə götürüb.
Azadmedia.az - Bazar ertəsi keçiriləcək dəfn mərasimindən əvvəl Kraliça II Elizabetin cənazəsi Londondakı Westminster Hall-da ictimaiyyətə açılıb.
Belə ki, həmin an izdihamdan qaçaraq tabutu qucaqlayan naməlum şəxs qorxu dolu anlara səbəb olub. Həmin şəxs tabutun üzərindəki bayrağı çıxarmaq istəyərkən dərhal polislər tərəfindən müdaxilə olunub və şəxs saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.