AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-dan Ukraynaya yeni dəstək! 500 milyon dollara əlavə olaraq - HİMARS - Eksklüziv

  • + A
  • - A
  • 20-02-2023, 17:02

    ABŞ-dan Ukraynaya yeni dəstək! 500 milyon dollara əlavə olaraq - HİMARS -


    ABŞ prezidenti Co Bayden paytaxt Kiyevə gözlənilməz səfəri zamanı Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketinin veriləcəyini açıqlayıb.

    Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ prezidenti Co Bayden Ukraynanın paytaxtı Kiyevə gəlib. Bayden Kiyev küçələrində olarkən sirenlər səsləndi. Mariyinski sarayında Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşən Bayden Ukraynaya yeni hərbi yardım paketinin veriləcəyini açıqlayıb.

    Yeni yardım paketinin 500 milyon dollar dəyərində olduğunu izah edən Bayden, "Bir il sonra Kiyev ayaqdadır. Ukrayna ayaqdadır. Demokratiya ayaqdadır" bildirib.

    Bayden əlavə edib ki, yardım paketinə bir çox HIMARS tipli raket sistemləri daxildir. Bayden ABŞ-ın vitse-prezidenti vəzifəsini icra edərkən 6 dəfə Kiyevdə olduğunu da bildirib və “Mən bilirdim ki, qayıdacağam” deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR