12 aprel 2023-cü il tarixində “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı " İctimai Birliyi Cəlilabad rayon Veteranlar Təşkilatı ilə birlikdə "Müharibə iştirakçılarının sosial vəziyyətinə dair ümumi qiymətləndirilmə" layihəsinə həsr edilmiş tədbir keçirib.
Tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman açdıqdan sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Layihənin kordinatoru, sosial məsələlər üzrə tədqiqatçı Esmira Orucova layihə barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, müharibə iştirakçıları ilə bağlı sosial tədqiqatın keçirilməsinin məqsəd və məramını açıqlayıb.
Layihənin rəhbəri “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı " İctimai Birliyinin sədr müavini, polkovnik Cəlil Xəlilov çıxış edərək bildirib ki, həyata keçirdiyimiz layihənin əsas məqsədi müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlət stragediyasına dəstək olmaq üçün onların aktual problemlərini üzə çıxarmaqdır. Sonda toplanmış materiallar əsasında ictimai birliyimiz tərəfindən təklif və tövsiyələr hazırlanıb müvafiq qurumlara təqdim olunacaqdır.
"Qarabağ Qaziləri" ictimai birliyinin sədri Maşallah Əliyev, Milli Qəhrəman şəhid Rəşad Abdullayevin atası Arif Abdullayev, rayon icra hakimiyyətinin şöbə müdiri Füzuli Cəfərov, Müharibə və Əmək veteranları Rizvan Mehdiyev, Adil Hüseynov, Adıgözəl Nuriyev, Sakit İsayev, Qurban Əhmədov və başqaları öz çıxışlarında onları narahat edən məsələlərə toxunublar və bu məsələlərin həlli yollarından danışıblar.
Sonda xatirə şəkilləri çəkilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.