AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

16 yaşlı oğlanı əkiz uşaqlarla birgə kanalda “tok” vurub öldürdü - Yenilənib

  • + A
  • - A
  • 31-07-2023, 13:26


    Sabirabad rayonu Cavad kəndində su kanalında faciə baş verib.

    DİN-in mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, hadisə iyulun 31-də saat 11:30 radələrində qeydə alınıb.

    Belə ki, 2007-ci il təvəllüdlü Orxan Əlizadə və onun qohumları - əkiz qardaşlar 2011-ci Nihad və Əjdər Əlizadələrin elektrik cərəyanı vurmasından ölmələri barədə polisə məlumat daxil olub.

    Araşdırma aparılır.

    ***

    Əldə etdiyimiz məlumata görə, yeniyetmələr Cavad kənd 2 nömrəli orta məktəbin şagirdləri olublar. Orxan Əlizadə bu il 11-ci, əmisi nəvələri Nihad və Əjdər Əlizadə isə 7-ci sinifdə təhsil alırlarmış.

    ***

    Yeniyetmələrin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

    Sabirabad rayon prokurorluğundan bildirilib ki, iyulun 31-i saat 11 radələrində Sabirabad rayonun Cavad kəndi ərazisindən keçən su kanalında 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    İlkin araşdırma zamanı 2007-ci il təvəllüdlü Orxan Əlizadə və onun qohumları - əkiz qardaşlar 2011-ci Nihad və Əjdər Əlizadənin elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyən edilib.

    Fakta görə Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR