Bolqarıstan baş nazirinin müavini və xarici işlər naziri Mariya Qabriel Türkiyenin Avropa İttifaqına (Aİ) üzvlük prosesi haqqında “Bolqarıstan Ankaranın Avropa yolundakı bu təşəbbüsünü dəstəkləyir” deyib.
Azadmedia.az TRT-yə istinadla xəbər verir ki, paytaxt Ankarada olan Qabriel nazirlikdə xarici işlər naziri Hakan Fidan ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edib.
Mariya Qabriel səfərinin son dərəcə əhəmiyyətli bir zamanda baş verdiyinə diqqət çəkərək deyib:
"Görüşümüz zamanı biz çox aydın şəkildə strateji və ümumi maraq kəsb edən məsələləri müzakirə etdik. Təbii ki, qonşu ölkələr və NATO üzvləri tərəfdaş kimi Türkiye və Bolqarıstan Qara dəniz regionunda təhlükəsizliyin yaradılması və qorunmasında ilk növbədə məsuliyyət daşıyırlar".
Qabriel Türkiyenin Aİ-yə üzvlük prosesi ilə bağlı olaraq "Türkiye Aİ-yə üzvlük prosesindədir. Bolqarıstan üzv olaraq Ankaranın Avropa yolundakı bu təşəbbüsünü dəstəkləyir" deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.